"Türk ordusu Afrində Suriyanın bütövlüyünü qoruyur" - Çavuşoğlu

AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Türkiyə silahlı qüvvələri (SQ) Afrində Suriyanın ərazi bütövlüyünü kürd özünümüdafiə qüvvələrindən (YPG) qoruyur.

«Qoy, «Zeytun budağı» əməliyyatı ilə bağlı heç kim Suriyanın ərazi bütvlüyü məsələsindən narahat olmasın - biz həmişə demişik ki, onu dəstəkləyir və müdafiə edirik. Əgər kimsə bunu təhdid edirsə - o, məhz YPG terrorçuçularıdır. Biz, onların köməyinə gəlmək istəyən heç kimə fürsət verməyəcəyik. Onların hamısı bizim hədəfimizə çevriləcək. Hansı ölkənin və ya gücün terrorçuların tərəfində olmasının bizim üçün əhəmiyyəti yoxdur - onların hamısı bizim üçün eynidir» - deyə, Çavuşoğlu Ankarada jurnalistlərə bəyan edib.

Xəbər verildiyi kimi, yanvarın 20-də Türkiyə silahlı qüvvələri Afrin rayonunda kürd silahlı birləşmələrinə qarşı (YPG) «Zeytun budağı» əməliyyatına başlayıb. Türkiyə orlusu ilə birlikdə «Azad Suriya ordusu»nun döyüşçüləri də əməliyyatda iştirak edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar