ABŞ Türkiyə üçün raket istehsalını Ukraynaya qadağan edib -  "Müttəfiqlik..."

raket1«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Ukraynanın Türkiyə üçün daşıyıcı raket istehsalı barədəki layihəsini bloklayıb. Bu barədə xəbəri, müdafiə sənayesi kompleksindəki mənbəyə istinadla, «Müdafiə sənayesi kuryeri» agentliyi yayıb.

Agentliyin məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ) bu layihənin həyata keçməsinə hələ 2 il bundan əvvəl - Kiyev və Ankara arasında hərbi-texniki əməkdaşlıq üzrə danışıqların aktiv fazasında mane olub. Xüsusilə, söhbət birgə raket, təyyarə və yüksək dəqiqlikli silahlardan müdafiə sistemlərinin yaradılmasından gedirmiş.

Naməlum sənaye işçisinin sözlərinə görə, ABŞ tərəfi Türkiyənin «nəzarətdən kənar» güclənməsini istəməyib və Ukrayna tərəfindən ona texnologiyaların verilməsi məsələsinə qarşı çıxıb.

Agentlik bundan əvvəl xəbər verib ki, ABŞ yeni «Qrom-2» raket kompleksinin sınaqlarına narazılığını bildirib. Ukrayna müdafiə sənayesi kompleksindəki (MSK) mənbələr əmindirlər ki, NATO ölkələri Ukraynanın güclənməsində maraqlı deyillər, Kiyevin isə öz maraqlarını qorumaq istiqamətində «ənənəvi olaraq, siyasi iradəsi yoxdur».

Bu, Ankara ilə Kiyev arasında planlaşdırılan yeganə birgə layihə deyil. 2017-ci ilin oktyabrında iki ölkənin prezidentləri əməkdaşlıq istiqamətində bir sıra sazişlər imzalayıblar. Türkiyənin «ASELSAN» şirkəti isə Ukraynanın «Spetstexnoeksport» şirkəti ilə Ukrayna silahlı qüvvələrinə (USQ) 43,6 milyon dollarlıq rabitə sistemi göndərmək barədə kontrakt imzalayıb.

Baxın, ABŞ Türkiyəni özünün «strateji müttəfiqi» elan etdiyi halda, onun güclənməsinə hər vasitə ilə mane olur, o biri tərəfdən isə NATO ölkələri və əlbəttə ki, ABŞ Ukraynanı guya, «müdafiə edir» və hər vasitə ilə Rusiyadan uzaqlaşdırır, digər tərəfdən isə onun güclənməsini istəmirlər. Olmaz belə dostluqdan...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar