Hindistan ordusu Kəşmirdə Pakistanın mövqeyinə zərbə endirib

Hindistan hərbçiləri cümə axşamı Kəşmirin Mendhar sektorunda Pakistan ordusunun postunu məhv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü NDTV telekanalı məlumat yayıb.

Hindistan tərəfi iddia edir ki, bu addım Pakistanın atəşkəsi pozmasına cavab olaraq atılıb.

Öz növbəsində, "India Today" qəzeti ordudakı mənbələrə istinadən yazır ki, bu, son vaxtlar hind hərbçiləri tərəfindən məhv edilən Pakistana məxsus üçüncü blok-postdur. Həmçinin qeyd olunur ki, bu həftə Pakistanın həm də Hacipir və Tanqdhar rayonlarındakı postları hindlilər tərəfindən pulemyot və qumbaraatanlardan istifadə edilməklə atəşə tutulub. Nəticədə Pakistanın bir neçə hərbçisi həlak olub.

Bundan əvvəl Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfini atəşkəs rejimini pozmaqda ittiham edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar