Afrinə girmək istəyən 40 avtomobildən ibarət karvan vurulub - VİDEO

Türkiyə ordusu Afrinə silah-sursat daşyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib”, -deyə Baş Qərargahın açıqlmasında vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar