«Əsəd rejimi yeni zorakılığı dayandırmalıdır» - ABŞ

ABŞ Dəməşq ətrafında dinc əhalinin həlak olmasında Rusiyanı günahlandırır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hakimiyyəti Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığındakı Şərqi Qut şəhərciyində mülki əhalinin həlak olmasında Rusiyanı və Bəşər Əsəd rejimini günahlandırıb. Bu barədə, Ağ Evin mətbuat katibi Sara Sanders öz «Tvitter» səhifəsində yazıb.

Vaşinqton bütün dünyanın siyasətçilərini və ictimaiyyətini yeni qurbanların meydana gəlməsinin qarşısını almağa çağırıb.

«Əsəd rejimi yeni zorakılığı dayandırmalıdır, Rusiya və İran isə Dəməşqi buna təhrik etməyə son qoymalıdır» - deyə, ABŞ hakimiyyəti bəyan edib.

Ağ Evdə hesab edirlər ki, gərginliyin artması Suriyadakı münaşişəni BMT qətnamələri və Donald Trampla Vladimir Putinin birgə bəyanatları əsasında, siyasi yollarla həll etmək üçün səbəb olmalıdır.

Rusiya isə Şərqi Qutda yaranmış situasiyaya görə, məsuliyyəti terrorçulara dəstək verənlərin üzərinə qoyur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar