Rusiya 200-dən artıq yeni silah növünü sınaqdan keçirib

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Suriyada 200-dən artıq yeni silah növünü sınaqdan keçirməklə, Rusiya özünün hərbi-sənaye kompleksinin (HSK) effektliliyini bütün dünyaya nümayiş etdirdi.

"Bundan sonra Rusiya silahlarını həm də bizim müttəfiqimiz sayılmayan dövlətlər almağa başlayıb" - Rusiya Dövlət Dumasının (DD) müdafiə Komitəsinin sədri Vladimir Şamanov plenar iclasdakı çıxışı zamanı bəyan edib.

«Qardaş Suriya xalqına kömək göstərməklə biz, 200-dən artıq yeni silah-sursat növlərini sınandan keçirdik. Onlar bizdə elə-belə meydana gəlib? Onlar HSK müəssisələrində istehsal olunub. Onlar rus silahının effektliliyini bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bir sıra istiqamətlər üzrə bizim silahları hətta müttəfiqimiz sayılmayan ölkələr də almağa təşəbbüs göstərirlər» - deyə, Şamanov bildirib.

Bundan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin (DD) nümayəndəsi Xezer Hauert brifinqdə bəyan etmişdi ki, DD-nin qiymətləndirməsinə görə, «Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşı durmaq barədə» Qanun çərçivəsində antirusiya sanksiyaları Rusiya HSK-nin təxminən 3 milyard dollar itirməsinə gətirib çıxarıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə ölkəsinin HSK-nə qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları ədalətsiz və çirkin rəqabət - şantaj yolu ilə Rusiya silahlarını bazardan sıxışdırıb çıxartmaq cəhdi adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar