"Azərbaycanda siyasi məhbus yoxdur" - Siyavuş Novruzov fikrini dəyişdi

Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi kütləvi informasiya vasitələrindən narazılıq edib.

APA-nın məlumatına görə, o qeyd edib ki, müəyyən mətbuat orqanları yanlış məlumatlar yayır.

“Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb”, - deyə S. Novruzov bildirib.

O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: “İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.

Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında müəyyən məsələlər təhrif olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl S.Novruzov bütün siyasi məhbusları azad etməyə və bununla da beynəlxalq təşkilatların tənqidinə və narazılığına son qoymağa çağırmışdı. O, gözlənilən əfv fərmanını şərh edərkən belə təklif etmişdi. Sitat: “Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun. İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”, – S.Novruzov qeyd edib.

635x100

Şərhlər

RASİM CAVADOV 2018-02-23 12:49:44

SİYAVİŞ MUƏLİM.MƏN RASİM CAVADOV ABŞERON RAYON SAKİNİ ƏFQANİSTAN MUHARİBƏ VETERANİ SİZƏ MURACİƏT ETMİŞƏM Kİ MƏMİM MULKİYƏTİMDƏ OLAN XİRDALAN QƏSƏBƏSİ HƏZİ ASIANOV KUCƏSİNDƏKİ OBYEKTİMİ 2013 İLDƏ İHB ZAKİR FƏRƏCOVUN İMZALADİXİ 03 NOYABR TARİXLİ SƏRƏNCMİ İLƏ QANUNSUZ, OZBAŞİNA DAXİDİB, 50 MİN MANAT DƏYƏRİNDƏ ƏMLAKİMİ TALAYİBLAR. BU BARƏDƏ NƏ ABŞERON RAYON POLİSİ, NƏ PROKUROR MƏNİM QANUNU ŞİKAYƏTMƏ BAXMİRLAR. BƏS SİZ NƏDƏN MƏNƏ BİR VƏTƏNDAŞ KİMİ KOMƏK ETMİRSİZ? MƏN BU DOVƏTƏ YOX HANSİ OLKƏYƏ MURACİƏT EDİM? HƏ?

Abit 2018-02-23 12:49:44

Besdi yalan danışdığınız,onsuzda insanlar sene inanmır ve bilir kimler siyasi mehbusdur,kimler cinayetkar.Arada bu şerhlere diqqet yetir

Asima 2018-02-23 12:49:44

Gələcəyə sirquş müəllimlə irəli!Görünür kimsə qulağını burub,o da xəstə adamdır, fikrini dəyişib.İlqar Məmmədova azadlıq! Yalnız odur bizi bu cəhənnəm odundan azad edə biləcək şəxs.

Kecmiw coban 2018-02-23 12:49:44

Bele siyasetcisi,bele deputati,bele vetendawi,bele mubarek simasi olan veten basilmaz!

Kuinberi zadəganı 2018-02-23 12:49:44

Millət Vəkilindən ən doğru və bitmiş cümlə: Region, MDB və Avropanın "müstəqil güclü" "Azərbaycanında siyasi məhbus yoxdur!" Bu dövlət öz güclü diplomatiyası ilə 100 dəfə çox əhalisini 30 ildir bir rayonluq etnik qurumunun hərbi-siyasi əsarətində saxlamaqdadır!?

Akif 2018-02-23 12:49:44

Mən, bitərəf vətəndaş kimi, Siyavuş Novruzova və onun kimi utanmadan yalan danışmağa vərdiş etmiş digərlərinin "yadına" salıram ki,Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxildir və bu mötəbər beynəlxalq hüquq təşkilatı indiyədək yüzlərlə siyasi məhbuslar barədə qərarlar qəbul edib və onların bir qismi azadlığa buraxılıb.Hazırda da həmin məhkəmənin onlarla siyasi məhbuslar, o cümlədən İlqar Məmmədov barədə qərarı var.Siyavuş Novruzov yalan danışmağa görə utanmaq lazımdır.

Akif 2018-02-23 12:49:44

Redaksiya, siz də qorxaq çıxdınız, yazılan şərhləri qərc etmirsiniz. Mən,heç bir təhqirə yol vermirəm, amma şərhlərim çox vaxt dərc olunmur. Ayıb olsun sizin redaksiyanıza da!!!

Son yazılar