“ABŞ üçün seçkilərin şəffaf keçməsi vacibdir” - Robert Sekuta

"ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkisini şərh edərkən jurnalistlərə bildirib.

“ABŞ üçün seçicilərin seçkilərdə iştirak edə bilməsi, sərbəst səs verə bilməsi, seçkilərin şəffaf keçməsi vacibdir”, - R.Sekuta deyib.

Dağlıq Qarabağ münaqişəsi barədə danışan diplomat vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində həll prosesində fəal rol oynayır və nizamlanma yolunda irəliyə doğru addımlar atılmasına çalışır: "Biz bütün səviyyələrdə tərəflərin münaqişəni sülh yolu ilə həll etməsinə çalışırıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar