Polkovnikin ailəsindən PREZİDENTƏ MÜRACİƏT - "Ona şəhid adı verilsin!" (VİDEO)

2016-ci ilin oktyabr ayının 27-də saat 16:00 radələrində Azərbayca Silahlı Qüvvələri öz polkovnik-leytenantını faciəvi şəkildə itirdi.

Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Miriyev Telman Mirbaba oğlu hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

O, 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində anadan olub. Telman sözügedən kənd orta məktəbini bitirdikdən sonra C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra Amerikada kurs keçib. Ölümünə kimi isə Telman Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Mərhum zabitimiz 25 iyun 2014-cü ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Hazırda ailəsinin arzusu Miriyev Telmana Milli Qəhraman adının verilməsidir. Amma ona, bu gün nəinki Milli Qəhraman, heç şəhidlik statusu da verilməyib. Mərhum zabitin anası Xanımgül MiriyevaPrezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət edib.

O, ilk olaraq oğlunun yas mərasimində iştirak edən zabit yoldaşlarından söz açıb. O deyib ki, Telman Miriyevin zabit yoldaşları onun Aprel döyüşlərindəki fədakarlığı və son hadisə zamanı faciəli şəkildə ölümündən ağız dolusu danışdılar: “Hammı bir sözlə dedi ki, Telman Miriyevə nəinki şəhid, ona Milli Qəhraman adı verilməlidir. Amma təəssüflər olsun ki, 18 il xidmətindən sonra Vətən yolunda faciəli şəkildə dünyasın dəyişən oğlum Telmana heç şəhidlik statusuda verilməyib. Nəyə görə bunu etmirlər? Mən dəfələrlə müvaffiq qurumlara müraciət etsəm də bu hələdə öz həllini tapmayıb”.

Qeyd edək ki,Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15.01.1994-cü il tarixli 10 nömrəli qərarının 1.2.6-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul 2009-cu il tarixli 107 nömrəli Qərarı var. Qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər Şəhid hesab edilirlər” /a24.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar