Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Dərc olunub: 23/02/2018 - 17:26

A UEFA logo is seen with Geneva Lake andBu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1/16 final səddini adlayan komandalar İsveçrənin Nyon şəhərindəki tədbirdə 8 cütlük təşkil edib.

UEFA-nın mənzil-qərargahındakı mərasimdə kor püşkə üstünlük verilib. İştirakçılar eyni ölkəni təmsil etmələrindən və reytinqindən asılı olmayaraq bir səbətdən çıxarılıb.

Rusiyadan 3, İspaniya, İtaliya, Almaniya və Fransanın hərəsindən 2 klubun mübarizə aparacağı raundda Ukrayna, Çexiya, Portuqaliya, Avstriya, İngiltərənin 1 komandası oynayacaq. 1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları 15-də baş tutacaq.

Avropa Liqası
1/8 final
“Latsio” (İtaliya) – “Dinamo” (Ukrayna)
“Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya)
“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya)
MOİK (Rusiya) – “Lion” (Fransa)
“Marsel” (Fransa) – “Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Çexiya)
“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya)
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)


loading...




Fikrinizi bildirin