SUMQAYITDA YAŞILIQLARI MƏHV EDƏNİN KİMLİYİ MƏLUM OLDU! - Əli Həsənovun nəvəsiymiş...

Son illər təkcə paytaxt Bakıda deyil, ətraf şəhər və qəsəbələrdə abadlıq işləri gedir. Belə şəhərlərdən biri də Sumqayıtdı. 2015-ci ilin payızından Sumqayıtda böyük bir abadlıq işlərinə başlandı. Dənizkənarı bulvarı tamamilə yenidən quruldu, böyüdüldü. Şəhərdə yaşayış binalarının damları təmir edilir, avtomobil yolları genişləndirilir, asfalt örtüyü təzələnir. Hətta məhəllədaxili yollar belə abadlaşdırılır. Binalar əsaslı şəkildə təmir edilir. Yüzlərlə yaşayış binalarının zirzəmilərindən çirkab sular təmizlənib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev son illər Sumqayıtda olarkən görülən işləri təqdir edib, abadlıq işlərini yüksək qiymətləndirib, şəhər rəhbərliyinə gördükləri işlərə görə təşəkkür edib.

Təəssüf ki, bəzən yaxşı işləri gözdən salan əməllər də olur. Bu da görülən müsbət işlərə kölgə salır. Fevralın 23-də Musavat.com-a Sumqayıt sakinlərindən şikayət daxil olub. Sakinlərin dediyinə görə, Sumqayıtda Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağı məhv edilir. Bildirilir ki, 50-dən artıq şam ağazı kəsilib. Şəhər sakinləri deyirlər ki, bu ağacların yaşı çoxdur, Sovet dövründə əkilib.

Картинки по запросу sumqayıt

Musavat.com-un araşdırması zamanı yaşıllığı məhv edən şəxslərin kimliyi üzə çıxıb. Saytımıza daxil olan məlumatda bildirilir ki, yaşıllıqları məhv edən və yerində obyekt tikmək istəyən şəxs Həsənli Emil Emin oğludu. Bu soyad oxucuya tanış gəlirmi? İlk baxışda xeyir! Amma əməkdaşlarımız araşdırıb, öyrəniblər ki, Emil Həsənli baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidi. O da məlum olub ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Təsəvvür edin, yaşıllığa məsul olan şəxsin yaxın qohumu on illərlə yaşı olan ağacları kəsib, məhv edir.

Deyilənə görə, E.Həsənlinin atası hüquq mühafizə orqanlarında yüksək vəzifə tutur. Məsələ ilə bağlı aidiyyatı idarələrin mövqeyini öyrənməyə çalışırıq.

Son anda musavat.com-a daxil olan məlumata görə, artıq faktla bağlı hüquq mühafizə orqanları araşdırmalara  başlayıb.

635x100

Şərhlər

aydin 2018-02-23 17:34:11

belə adamlar L.Əliyevin ətrafından təmizlənməlidir.

elsən 2018-02-23 17:34:11

Bu adamin vaxtı coxdan catıb istefa verməlıdir.

Qaçqın 2018-02-23 17:34:11

BU ƏLİ KİŞİ DEYİLƏNLƏRƏ GÖRƏ QAÇQINLARA EVİ POÇTİ SATIR. KİM NÖVBƏSİZ ALMAQ İSTƏYİRSƏ HƏR OTAQIN ÖZ QİYMƏTİ VAR. YA KİMİNSƏ TƏSADÜFƏN NÖVBƏSİ ÇATIBSA ARTIQOTAQ ALMAQ İSTƏYƏN MƏSƏLƏN 1 OTAQLI PALOJNUDURSA 2-3 ALMAQ İSTƏYİRSƏ ONUN DA ÖZ QİMƏTİ VAR. QAÇQINLAR ONU DƏQİQ BİLİRLƏT. VƏ KİMLƏSƏ DƏ BU ƏMƏLİYYATƏ APARIRALARSA ONU QORXUDURLA KİMƏSƏ DESƏN EV ƏLİNDƏN ALINACAQ PULUN DA BATACAQ. ELƏ OLMASA TƏKCƏ BİR NƏVƏSİNİN 3 MİLYONLUQ MAŞINLARI OLMAZ. BƏLKƏ DƏ MİLYARDLARI VAR.

Roma 2018-02-23 17:34:11

Bir vaxtlar Əli müəllim deyirdi ki, bəs mənim övladlarım nə üçün qanunsuzluqlar etmirlər. Mən, nə Əli müəllimin nə də digər vəzifəli məmurların övlad və nəvələrinin qanunsuzluqlar etmələrini istəmirəm. Sadəcə onu demək istəyirəm ki, zəhmətsiz gəlirlər harınlıq yaradır ki, buna yol verilməməlidir.

Nazimə 2018-02-23 17:34:11

Boş ver, külək hər zaman biz istədiyimiz səmtə əsmir....)))))))))

AAgahuseyn 2018-02-23 17:34:11

Deyirsiz ev satır rüsvət alır bəs neyləsin ev tikən ev satardə.Qaldı rüşvətə verməsinlər onlar verir bu yazıq alır ki,xatirlərinə dəyməsin.Qaldı nəvə məsələsinə doqrudan baba nıvəni cox istəyir.ODUR ki,birinə milyonluq maşın kolleksiyası ğərinə obyekt tikdirir.İNİŞALLAH YAXIN ĞÜNLƏRDƏ .....QARADAQDA AVROPA STANDARTLARINA UYQUN TİKİLMƏKDƏ OLAN TÜRMƏDƏN BİR OTAQLI YER AYIRARLAR.AMMIN.

Adam 2018-02-23 17:34:11

ALLAH tək insanların yox,butun canlıların duasini qəbul edir.Eləcə də =aqac=ların da.Əlbəttə ki,ağac quruyub ya da inkişafa yararsızdırsa onu kəsmək olar.Yaşıl ağacı kəsmək günahdır.Cavan inkişaf etməkdə olan qollu budaqlı hər bir ağacın da ahnaləsi onu kəsdirənin və kəsənin müəyyən bir müddətdən sonra cəzasını kəsəcək. Cənab Prezidentimiz xarici ölkələrdən ağacın yerini dəyişməyə xüsusi texnika gətizdirib.Olmazmı ki,həmin texnika ilə ağacların yerini dəyişək?Əlbəttə olar.

Maqsud 2018-02-23 17:34:11

Hüquq-mühafizə orqaları nə üçündür.ölkəni məmurlar dağıdır tədbir isə görülmür.

Nazim 2018-02-23 17:34:11

BU MƏMURLAR DÜZƏLƏN DEYİLLƏR. ONLARIN BƏLASINI ALLAH VERƏCƏK.

Akif 2018-02-23 17:34:11

Yaşıllıqların məhv edilib yerində gəlir əldə etmək üçün hündürmərtəbəli yaşayış evlərinin və ya biznes mərkəzlərinin tikilməsi Azərbaycanda adi haldır.Hamıya bəllidir ki,bütün bunları görənlər məmurlardır.Bu heç kimə təəccüblü deyil.Diqqət çəkən digər fakt isə odur ki,dövlət qanunverici və icra orqanlarında mühüm vəzifələrdə onların qohumları işləyir.Hərçənd, "Korrupsiyaya qarşı mübarizə! Qanunu bunu qəti qadağan edir.

Turançı 2018-02-23 17:34:11

Bu mövzu yaralı yerimizdir.Buna nə ad vermək olar ancaq və ancaq XALQ DÜŞMƏNİ başqa adı yoxdur.İnsanların vətəndaşların havasını həsənlərə başqa nə ad vermək olar.Axı bir ağacı yetişdirmək üçün illər lazımdır ancaq məhv etmək üçün ani dəqiqə bəs edir. Məgər yer qıtlığıdır ki obyekt tikmək üçün məhz yaşıllığı məhv etmək lazımdır.Beləsinə ancaq ALLAH xeyr verməsin demək qalır.Doğrudanmı bu obyekt tikmək istəyənlər dar düşüncəlidir ki düşünmür havanı hamı udur təkcə kasıb təbəqə yox onlar da udur.Ağacı kəsən..

Natiq 2018-02-23 17:34:11

Hansı hökümətdən danışrsınız HÖKÜMƏT elə bu babanın özüdür da

hərbi pensiyaçı 2018-02-23 17:34:11

övladda nəvə dövlətdə dəvə. yəqin ki, dəvələri daha çoxdur. ancaq mən bir şeyi deyimki, nəvələrin heç bir günahı yoxdur onları o günə babalar salır.

t.ədalət 2018-02-23 17:34:11

Cəzasızlıq həmişə böyük cinayətlərin törədilməsinə rəvac verir.Müstəqilliyimizin əleyhinə səs verən Əli Həsənova böyük ehtiram göstəırilir.Odur ki,Ə.Həsənovun qohum-əqrəbası hardasa nəyisə uçurub-dağıdır........boş yerə narahat olmağa dəyməz.

Bashirov Qarib 2018-02-23 17:34:11

Natiq muellim ,o qeder sual verirsiniz, ozunuz de cavab verirsiniz.

Natiq-ə 2018-02-23 17:34:11

.....sahilində restoranları olduğu dəfələrlə mətbuatda dərc olunub.Onun əsl adı və soyadını bilən varmı?.....Bir adam nə qədər kompramat yığar?

Azər 2018-02-23 17:34:11

Bu hələ harasıdıki ..... bunlar yorulmur bitazda qürələnir.

Hatiq 2018-02-23 17:34:11

BƏS HÖKUMƏTİMİZ HARA BAXIR? BU KİŞİ İLLƏRDİR QAÇQINLARA EV SATMAQLA MƏŞĞULDUR. KİM 5-10 MİN VƏ DAHA ÇOX VERİRSƏ BEZ OÇERED EV SLIR. MİLYONLARLA BƏLKƏ DƏ YÜZ MİLYONLARLAS MİLLƏTİN DÖVLƏTİN PULUNU KORRUPSİYA YOLU İLƏ OĞURLAYIB. TƏK BİR NƏVƏSİNİN MİLYONLUQ AVTOMOBİL KOLLEKSİYASI VAR. HARDADIR DÖVLƏT HÖÜMƏT? NİYƏ BU QOCANI CƏZALANDIRMIR. HƏLƏ DEYİRLƏR ERMƏNİ İLƏ DƏ QOHUMLUĞU VAR

G.M 2018-02-23 17:34:11

QARĞA YUMURTASINDAN BÜLBÜL ÇIXMADIĞI kimi,məmur ailəsindən də vətənpərvər çıxmır.Çünki,bu zamanın imkanlı gəncliyi halallıqla mayalanmayır.Özləri bir yana qalsın həmyaşıdları olan sadə ailələrin gənclərinə də yabançı düşüncə tərzi aşılayırlar.

Bəhram Qarabağlı 2018-02-23 17:34:11

Elə ŞAHımız yoxdur ki, oxu atanda ceyranın ayağı başına sancılsın və ceyran elə oradaca dayansın. Niyə, Əli Həsənovun azı 75 il yaşayacaq nəvələrini Azərbaycana qarşı qoyursunuz? Rüşvət və şöhrətin əsl VƏTƏN XAİNİ olduğunu demirsiniz? Qaçqınlara Zəngilan şəhərciyi nədən H.Əliyevin dediyi kimi-həmin rayonun 20 kilometrliyində deyil, Bakı şəhərində tikilir? Düşmənlə açıq-aşkar siyasi ortaqlıq? Günahsız oğul və nəvələr həddini aşanda onları oxsuz dayandırmaq gərəkdir!

Son yazılar