Sumqayıtda kişini diri-diri basdırdılar? - DİN-dən açıqlama

Sumqayıt şəhərində gənc oğlanı borca görə döyüb qəbiristanlıqda diri-diri basdırıblar.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Corat qəsəbə qəbiristanlığında baş verib.

Belə ki, Abşeron rayonunun Saray qəsəbə sakini, 1993-cü il təvəllüdlü Kənan Elsevər oğlu Mustafayev naməlum şəxslər tərəfindən Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən qəbiristanlığa çağrılaraq döyülüb.

Sonra K.Mustafayevi qəbiristanlıqda diri-diri basdırıblar.

Qəbiristanlıq ərazisində təmizlik işləri görən şəxs yaralı vəziyyətdə olan K.Mustafayevi oradan çıxarıb və yaxınlıqdan keçən yerli sakinlərin köməkliyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

"Sumqayıt şəhərində bir şəxsin döyülərək qəbiristanlıqda basdırılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

Bunu "Report"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, əslində, bu cür məlumatlar hadisənin təhrif olunmuş formada təqdimatıdır: "Hadisə, sadəcə olaraq, iki yaxın dost arasında məişət zəminində qeydə alınıb. Faktla bağlı polis tərəfindən araşdırma aparılır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar