Naxçıvanda fəxri adlara görə aylıq təqaüdün miqdarı artırılıb

Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə aylıq təqaüdün miqdarı artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı sərəncamı Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb.

Sərəncama əsasən fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 50 manat müəyyən edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar