Rusiyalı idmançı Mingəçevirdə intihara cəhd edib

damarkesme-intihar5be11bf94c4f403fb77a1c7bd7a48f9fMingəçevirdə Rusiyadan olan idmançı özünə qəsd edib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə axşam saatlarında "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş verib.

Belə ki, avarçəkmə üzrə Rusiya yığmasının adı hələ dəqiqləşdirilməmiş təmsilçisi özünü doğrayaraq intihara cəhd edib.

Yaralı təcili xəstəxanaya çatdırılıb. Hadisənin əsl səbəbi hələ ki, məlum olmasa da, onun sərxoş vəziyyətdə olduğu deyilir.

Qeyd edək ki, hazırda avarçəkmə üzrə Rusiya yığması Mingəçevirdəki tədris mərkəzində təlim keçir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar