“ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır” - Fələstin rəsmisi

ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında bildirilir.

“ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu Fələstin xalqı, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır", bəyanatda deyilir.

Bundan əvvəl Dövlət Departamenti ABŞ səfirliyinin Yerusəlimdə mayın 14-də açılacağını təsdiqləyib. Onun açılışının İsrailin 70 illiyinə həsr olunacağı vurğulanıb.

Qeyd edək ki, 2017-ci il, dekabrın 6-da prezident Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasını bəyan edib və ABŞ-ın Tel-Əvivdəki səfirliyini Yerusəlimə köçürüləcəyini bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar