«ABŞ KXDR-ın diktator rejimi ilə barışmağa hazırlaşmır» - ABŞ vitse-prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, nə qədər ki, Pxenyan özünün nüvə və raket proqramlarından imtina etməyib, Amerika Birləşmiş Ştatları (ABŞ) bundan sonra da Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı duracaq və bu ölkədə insan hüqunlarının pozulmasına diqqət yetirməkdən vaz keçməyəcək.

Bu barədə, cümə axşamı mühafizəkar siyasi qüvvələrin nümayəndələrinin konfransınakı çıxışında ABŞ-n vitse-prezidenti Maykl Pens bəyan edib.

Bununla Pens, həm də KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Çjonla baş tutmayan cörüşünü şərh edib.

«KİV-in Şimali Koreya diktatorunun bacısı ətrafında yaydığı bütün bu səs-küy barədə fikirləşirəm ki, hər bir amerikalı bilirdi ki, o qadın kim idi və nə etdi? Kim Çen Inın bacısı - o, yer kürrəsindəki ən qəddar və despotik rejim olan Şimali Koreyanın açar personlarından biridir» - Pens bildirib. O, qeyd edib ki, bundan əvvəl Birləşmiş Ştatların hökuməti Kim Yo Çjonun əleyhinə sanksiyalar tətbqq edib - «insan haqlarının pozulmasında və insanlığa qarşı cinyaət işlətməkdə oynadığı rola görə».

«Kimlər düşünürlərsə ki, mən Şimali Koreyalılarla yanaşı durmalı və onlarla birlikdə şadlanmalı idim, onlara deyirəm: «Birləşmiş Ştatlar qanlı diktator rejimlərini dəstəkləmir. Biz, qanlı diktator rejimlərinə qarşı dururuq və bunu bütün qətiyyəti ilə bundan sonra da edəcəyik - o vaxta qədər ki, Şimali Koreya bizim ölkəmizi və bizim müttəfiqlərimizi təhdid etməyə son qoyacaq, nüvə silahından və ballistik raketdən birdəfəlik imtina edəcək» - deyə, Pens bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar