«ABŞ Dəməşq ətrafına göndərmək üçün döyüşçülər toplayır» - Hüquq müdafiəçiləri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbçiləri Dəməşq ətrafında Suriya ordusuna qarşı vuruşdurmaq məqsədilə, döyüşçülər toplayır. Bu barədə Suriyanın insan haqları şəbəkəsinin başçısı Əhməd Kazem xəbər verib.

«Hazırda ABŞ, İŞİD  qruplaşmasının qalıqlarından, o cümlədən, İdlibdən də döyüşçülər səfərbər edir və onları Ət-Taifə tullayır ki, oradan da Şərqi Quta çatdırsın. Məqsəd isə Suriya ordusunun sözügedən rayonu terrlrçulardan təmizləmək planını pozmaqdan ibarətdir» - Kazem bəyan edib.

Hüquq müdafiəçilərinin məlumatına görə, döyüşçülərin Səudiyyə Ərəbistanından olan «ağa»ları Şərqi Qutda öz «şagirdləri»nə Suriya ordusuna qarşı bütün gücləri ilə həıəkətə keçmək göstərişi veriblər.

«Həm də Dəməqi xaotik minamyot atəşinə tutmağı davam etdirmək göstərişi verilib» - Kazem əlavə edib.

Dəməşqin şərqindəki şəhərcikdə yuva qurmuş döyüşçülər paytaxtı atəşə tutmaqda davam edirlər. Bu günlərdə Barze rayonunda daha 6 uşaq minamyot atəşi nəticəsində yaralanıb. Terrorçular həm də şəhərin tarixi mərkəzini atəşə tuturlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar