Çin və Yaponiya ikitərəfli münasibətləri yaxşılaşdırmaq barədə razılığa gəlib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının (DŞ) üzvü, beynəlxalq məsələlər üzrə kurator Yan Tsziçi və Yaponiya milli təhlükəsizlik Şurasının katibi Setaro Yati ikitərəfli münasibətlərin yaxşılaşdırılması və praktik əməkdaşlığın inkişaf etdirilməsi üzərində işləmək barədə razılığa gəliblər. Bu barədə xəbəri ÇXR Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Yan Tszeçi və Setaro Yatinin görüşü cümə günü Pekində baş tutub. «Çin tərəfi Yaponiya ilə birlikdə, ikitərəfli münasmibətlərin yaxşılaşdırılmasına və inkişafına, o cümlədən, bütün səviyyələrdə praktik əməkdaşlığın inkişafına kömək etməyə hazırdır» - deyə, Yan Tszeçi bəyan edib. Onun sözləri Çin Xarici İşlər Nazirliyinin saytında yer alıb.

Çinli diplomat həm də ümid etdiyini bildirib ki, Yaponiya tərəfi də analoji səyləri göstərəcək.

Yati də öz tərəfindən, əmin edib ki, Tokio da Çin-Yaponiya münasibətlərinin yaxşılaşdırılması və dayanıqlı inkişafı üzərində işləməyə hazırdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar