BMT TŞ-da Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb

BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə şənbə günü, Nyu-York vaxtı ilə saat 12:00-da səs verəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuq bildirib.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün mübahisəli məsələləri hələ ki, həll edə bilməyiblər.

Fevralda Təhlükəsizlik Şurasında sədrlik edən Küveyt diplomatı Mənsur Ayad əl-Uteybi bildirib ki, əsas ziddiyyətlər atəşkəsin qüvvəyə minmə tarixi və onun müddəti ilə bağlıdır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsi müzakirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar