Qusarda 3 ay əvvəl itkin düşən qadın Abşeronda tapılıb
Baxiş sayı:
Dərc olunub:
24/02/2018 - 12:44
Qusar rayonunda 3 ay əvvəl itkin düşən qadın tapılıb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mehdiyeva Abşeron rayonunun Xırdalan şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Çemodan itib. Polis tərəfindən tapılaraq sahibinə təhvil verilib.