Tacikistan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Tacikistan Prezidenti Emomali Rahmon Azərbaycana rəsmi səfər edəcək.

Trend-in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev Bakıda Tacikistan Silahlı Qüvvələrinin yaranmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, E.Rahmonun bu il Azərbaycana səfər edəcəyi gözlənilir:

"Hazırda dövlət başçısının səfərinə hazırlıq işləri gedir. Bu səfər Azərbaycan-Tacikistan münasibətlərində yeni səhifə açacaq".

Bununla belə, diplomat səfərin dəqiq tarixini açıqlamayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar