Fransa və Almaniya Şərqi Qutda döyüşü dayandırmağa çağırdı
Baxiş sayı:
Dərc olunub:
24/02/2018 - 14:23
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa və Almaniya humanitar girişi təmin etmək üçün Dəməşqin ətrafındakı Şərqi Qut şəhərciyində tərəfləri dərhal döyüşləri dayandırmağa çağırıb. Bu barədə Almaniya hökuməti mətbuat xidmətinin yaydığı xəbərdə deyilir.
«Şərqi Qutda insanların ağır vəziyyəti fonunda, Fransa və Almaniya Birləşmiş Millətlər Təşkilatının (BMT) tələb etdiyi kimi, əraziyə girişi təmin etmək, mülki əhaliyə kömək göstərmək, humanitar girişi və tibbi təxliyyəni həyata keçirmək məqsədilə hərbi əməliyyatların dərhal dayandırılmasına və atəşkəsə çağırır.
Fransa və Almaniya həm də bu məsələdə Rusiyanı, məsuliyyəti öz üzərinə götürməyə çağırır» - xəbərdə deyilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.