Keçmiş baş prokuror həbs edilib

Özbəkistan Baş Prokurorluğu tərəfindən keçmiş baş prokuror Raşitjon Kadirov saxlanılıb. Trend-in məlumatına görə, Raşitjon Kadirov rüşvətxorluq, hakimiyyət səlahiyyətlərindən sui-istifadə və mənimsəmə maddələri üzrə ittiham edilir.

Kadirov 2000-2015-ci illərdə Baş prokuror işləyib, sonra isə Konstitusiya məhkəməsinin hakimi seçilib (2015−2017).

Hazırda faktla bağlı təhqiqat aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar