Prezdentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezident seçkilərində iddiaçıların namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova deyib ki, Vətəndaş və İnkişaf Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən Əli Nadir oğlu Əliyevin namizədliyinin təsdiq olunması üçün müvafiq sənədlər komissiyaya təqdim edilib.

O, namizədlə bağlı məlumat verərək bildirib ki, namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına əsaslar var.

Daha sonra Azərbaycan Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu Məmmədovun namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

Sonra hər iki şəxsin namizədliyininin irəli sürülməsi təsdiqlənib. Bundan başqa, hər iki partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Beləliklə, prezdentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar