«ABŞ Pxenyan-Seul dialoqunu qiymətləndirir» – Amma denuklearizasiya tələb edir

Dərc olunub: 25/02/2018 - 12:42

oooKoreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali-Cənubi Koreyaların dialoqunu və Pxenyan tərəfindən nüvə sınaqlarının dayandırılmasını qiymətləndirir. Ancaq onu da bildirir ki, sanksiyalar Koreya yarımadasının tam denuklearizasiyasına yönəldilib. Bu barədə, Ağ evdə keçirilən brifinq çərçivəsində ABŞ-n maliyyə naziri Stiven Minuçin bəyan edib.
Brifinqtn gedişində jurnalistlərdən biri Minuçindən soruşub ki, nə üçün Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqinə belə uğursuz məqam – Şimali və Cənubi Koreyalar arasında dialoqun getdiyi və nüvə sınaqlarının dayandırıldığı vaxt seçilib?
«Biz, bu faktları qiymətləndiririk və faktdır ki, onlar sınaq keçirmirlər. Amma bu, bizim tələb etdiyimiz deyil. Tam aydındır sanksiyalar Birləşmiş Millətlər Təşkilatının (BMT) Şimali Koreyaya qarşı durmaq istiqamətindəki direktivlərinin davamıdır» - deyə, ABŞ maliyyə naziri jurnalistə cavab verib.
Cümə günü ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar 27 dəniz-nəqliyyat şirkətini, 28 gəmini və 1 fiziki şəxsi əhatə edir.








loading...


Fikrinizi bildirin