Meksika prezidenti ABŞ-a getməkdən imtina edib

Dərc olunub: 25/02/2018 - 12:46

abs flagMeksika prezidenti Enrike Penya Neto amerikalı həmkarı Donald Trampla gərgin telefon danışığından sonra Vaşinqtona səfərini təxirə salmağa qərar verib.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti hər iki dövlətin adı çəkilməyən vəzifəli şəxslərinə istinadən məlumat yayıb. D. Trampla telefon danışığından əvvəl E. P. Neton Vaşinqtona fevral, yaxud martda səfər etməyi planlaşdırıb. Ancaq fevralın 20-də 50 dəqiqəlik telefon danışığından sonra Meksika prezidentinin ABŞ-a səfər planı dəyişib. Meksika tərəfi telefon danışığı zamanı D. Trampın ictimaiyyət önündə iki ölkə sərhədinə divar çəkilməsi ilə bağlı bəyanat verməməsinə zəmanət almaq istəyib. Ancaq ABŞ prezidenti belə vəd verməkdən imtina edib. Meksikalı rəsmilər D. Trampın telefon söhbəti zamanı özündən çıxdığını bildiriblər. (apa)








loading...


Fikrinizi bildirin