Azərbaycan boksçusu “Strandja” turnirində bürünc medal qazanıb

Dərc olunub: 25/02/2018 - 14:33

bf548143-c2ca-4f98-9fc8-5bd47581d900_292Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.

“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən “Strandja” turnirini bürünc medalla başa vurub.


loading...




Fikrinizi bildirin