“Türkiyəyə sığınmış 350 min Afrin sakini öz torpaqlarına qayıdacaq” – Baş nazir

Dərc olunub: 25/02/2018 - 14:50

binali yildirimSuriyanın Afrin bölgəsi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləndikdən sonra 350 min afrinli öz torpaqlarına qayıdacaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım Murat Rəis sualtı qayığının quraşdırılmasına start verilməsi ilə bağlı keçirilən təntənəli tədbirdə bildirib.

B. Yıldırım deyib ki, PYD/YPG terrorçularının zülmü nəticəsində 350 min Afrin sakini illərdir ki, Türkiyəyə sığınıb: “Türkiyə yalnız öz torpaqlarını, sərhədlərinin təhlükəsizliyini qorumur, bölgədə qeyri-sabitliyin aradan qaldırılmasına ciddi töhfə verir”.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə bu il yanvarın 20-də Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatına başlayıb.


loading...




Fikrinizi bildirin