TRT Xocalı həqiqətlərini dünyaya yaydı – VİDEO

Dərc olunub: 25/02/2018 - 20:56

47752858b2b5427a3f11488106818_Xocali soyuqirimi 25 illik anim (27)Türkiyə teleradioşirkətinin (TRT) beynəlxalq bölməsi olan TRT World Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırıma həsr olunmuş videoçarx hazırlayıb. Oxu.Az xəbər verir ki, Qarabağ münaqişəsinin tarixi haqqında danışan telekanal erməniləron Xocalıda törətdikləri vəhşiliklər, dinc sakinlərin, qadınların və uşaqların qətliamına diqqəti çəkib.

Bundan başqa, kadrlarda qeyd olunur ki, Xocalıdakı erməni quldur dəstələrindən birinin başçısı Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan olub.

Qeyd edək ki, Xocalıda törədilmiş soyqırım aktı nəticəsində qocalar, uşaqlar, hamilə qadınlar daxil olmaqla, 613 nəfər erməni quldurlarının təcavüzünə məruz qalıb və öldürülüb.

Xocalının 150 sakini itkin düşüb, daha 1275 nəfər əsir götürülərək, müxtəlif işgəncələrə məruz qalıb.


loading...




Fikrinizi bildirin