Türkiyə Mənbici bombalayıb! - Burada ABŞ «xüsusi təyinatlıları» yerləşir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyənin hərbi-hava qüvvələri (HHQ) Mənbic şəhərinin (Suriya) ətraf ərazilərinə aviazərbələr endirib. Bundan 2 il əvvəl həmin ərazilər ABŞ kolalisiyası və YPG kürd qüvvələri tərəfindən «İŞİD» qruplaşmasından azad edidib. Burada kürd silahlılarını Türkiyə ordusundan qorumaq üçün Amerika Birləşmiş Ştatlarının (ABŞ) xüsusi təyinatlıları yerləşir.

Suriya, Türkiyə və kürd mediasının yazdığına görə, Türkiyə ordusu Mənbic və Hələb əyalətinin terrorçulardan təmizləmək üçün Təll-Abyad rayonlarında əməliyyatlara başlayıb. Terrorçmulara yaxın mətbuatda bu əməliyyatlardan narahatçılıq ifadə olunub: "İndi Türkiyə Mənbic və Təll-Abyad məntəqələrinin yaxınlığındakırayonlara hücum edib. Bu ərazilər 2 il bundan əvvəl «İŞİD» qruplaşmasından azad olunub - böyük itgilər hesabına» .

«Afrindən sonra Mənbic. Türkiyə döyüş təyyarələri Mənbic rayonunun Qərb hissəsini bombalayıb» - deyə, kürd terroçularının başlıca KİV-dən biri olan «ANXA» agentliyi xəbər verib.

Bundan əvvəl Ankara Mənbicdəki kürd terroçularına qarşı hərbi əməliyyata başlamaq planları barədə bəyan etmişdi. Bu rayon ABŞ-n rəsmi surətdə dəstəklədiyi kürd silahlılarından ibarət «Xalq özünümüdafiə qüvvələri» adlandırılan terroçuları  nəzarəti altındadır. YPG sıralarında daim ABŞ və NATO təlimatçıları yerləşir - kürdlərə döyüş taktikası öyrədir, onların əməliyyatlarını planlaşdırır və gəaliyyətlərinə rəhbərlik edirlər.

Türkiyə tərəfi Ağ evi onda günahlandırır ki, ABŞ kürd silahlılarının Mənbicdən çıxarılacağını vəd etsə də, bu vədini yerinə yetirməyib.

Bir neçə saat bundan əvvəl Tramp Ərdoğandan xahiş edib ki, Suriyada kürd silahlılarına qarşı xüsusi əməliyyatları ixtisar etsin və ABŞ hərbçilərinin iştirakı ilə münaqişəyə yol verməsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar