Donald Trampın reytinqi rekord həddə aşağı düşüb

ABŞ Prezidenti Donald Trampın reytinqi növbəti dəfə rekord həddə aşağı düşüb. APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, SSRS mərkəzinin keçirdiyi sorğunun nəticələrinə əsasən, D.Trampın fəaliyyətini respondentlərin cəmi 35 faizi dəstəkləyib.

Qeyd olunan göstərici bundan əvvəl ötən ilin dekabrında qeydə alınmışdı. 2018-ci ilin yanvarında 5 faiz artan reytinq bir ay sonra yenidən aşağı düşüb.

Təmsil olunduğu Respublikaçılar partiyasında ABŞ prezidentini hazırda 80 faiz, Demokratlar sırasında isə cəmi 5 faiz partiya üzvü dəstəkləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar