Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Baxiş sayı:
Dərc olunub:
25/02/2018 - 23:27
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" və "Kəpəz" komandaları üz-üzə gəlib.
"Azərsun Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 85-ci dəqiqədə Riçard Almeyda vurub.
Bununla da "Kəpəz" Yunid Hüseynovun baş məşqçi olduğu dövrdə növbəti məğlubiyyətlə üzləşib və 7 xalla sonuncu pillədə qalıb. Xallarını 44-ə çatdıran "Qarabağ" isə ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 9-a çatdırıb.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.