«Astana prosesi Suriyanın parçalanmasına mane olur» - Lavrov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bəyan edib ki, Astana prosesi artıq reallaşdırılmağa başlanmış Surianın parçalanması planlarına mane olduğundan, onu ləkələməyə çalışırlar.

«Şübhəsizdir ki, Astana prosesi Suriyanın parçalanması planlarına mane olur. Belə planlar, amerikalılar tərəfindən inkar olunmasına baxmayaraq, işdə artıq reallaşdırılmağa başlanıb. Bildirdiyimiz kimi, Ərafat çayının şərq sahillərində böyük ərazilər amerikalılar tərəfindən fəth olunur və növbəti dəfə onlar geopolitik injeneriyaya girişiblər - kvazidövlət strukturları yaradırlar. Bu barədə yaxşı məlumdur. Aydındır ki, Astana prosesi bu planlara mane olub, əngəl törədir, onu hər cür ləkələməyə çalışırlar və bunda qeyri-adi heç nə yoxdur» - Lavrov bildirib.

O, qeyd edib ki, informasiya müharibəsi bütün sferaları əhatə edir. «Və bizim qərbli həmkarlarımız bu sahədə öz emosiyalarına meydan vermək üçün xeyli irəli gediblər» - deyə, nazir əlavə edib.

Bundan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Hauert bəyan etmişdi ki, Şərqi Qutda yaranmış vəziyyətə görə, Astana prosesi uğursuzluğa düçar olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar