"Mançester Siti" İngiltərə Liqa Kubokunun qalibi olub - VİDEO

İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında ilk titula sahib olub.

"Report"un məlumatına görə, "şəhərlilər" İngiltərə Liqa Kubokunu qazanıb.

Qvardiolanın komandası finalda "Arsenal"ı darmadağın edib - 3:0.

Hesabı 18-ci dəqiqədə Serxio Aqüero açıb. 58-ci dəqiqədə Vensan Kompani, 65-ci dəqiqədə isə David Silva fərqlənib.

Qeyd edək ki, Xosep Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. Bu komanda tarixində 5-ci dəfə Liqa Kubokuna sahib çıxıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar