Məzahir Pənahov seçicilərə təzyiqdən danışdı

Saat 14-də MSK sədri Məzahir Pənahovun seçkinin gedişi ilə bağlı mətbuat konfransı keçirdi. Əməkdaşımız Etibar Seyidağanın verdiyi məlumata görə, Məzahir Pənahov bildirib ki, ictimaiyyət seçkidə çox fəaldır: “Saat 12-yə olan məlumat bunu deməyə əasas verir ki, seçicilər seçkiyə ciddi əhəmiyyət verirlər. Əlaqə saxladığım dairələrdən də seçici aktivliyi yüksəkdir. MSK olaraq bizdə bəzi məsələlər sevinc hissi yaradır. Əsasən də seçki komissiyalarının peşəkarlığı,müahidçilərin maariflədirilmiş səviyyədə olması sevindiricidir. Beynəlxalq müşahidəçilərin ümumi rəyi müsbətdir. Biz natrahat idik ki, bəzi məntəqələrdə təxribat ola bilər. Xoşagəlməz vəziyyət yaradıb seçkilərə kölgə salmaq istəyənlər olur əfsuslar olsun ki. Məsələn çöldə dayanıb seçicinin konkret namizədə səs verməsini tələb edənlər olub.  Zərdabda AXCP üzvü İsgəndərov Yaşar seçki məntəqəsində çəkiliş aparırmış. Buna biz icazə vermişik. Ancaq hansısa seçici çəkilməsini istəmirsə həmin vaxt çəkiliş məcburi aparılmamlıdır. Lakin adını çəkdiyim şəxs narazılığa baxmayaraq çəkiliş aparıb”.

Məzahir Pənahov deyib ki, müxtəlif yerlərdən gələn bu kimi informasiyalar onu deməyə əsas verir ki, eyni ssenari ilə dava salmaq istəkləri müşahidə olunur: "Kiminsə seçkidə müxalif mvqedə olması təbiidir. Ancaq seçkinin keçirilməsinə, vətəndaşların sərbət səs verməsinə mane olan addımlar adamda təəccüb yaradır. Məntəqələrdə normal seçki şəraiti olmadığı təəssüratı yaratmaq istəyirlər. Bu cür məsələlər təxribat xarakterlidir. Bunun ciddi nəticələri ola bilər. Bu məsələlər ciddi şəkilıdə araşdırılacaq. Ağlı başında olan insan ölkəsində ölkə miqyasında keçirilən tədbirə sevinməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar