HƏBSDƏKİ GENERALDAN 7 MİLYONLA BAĞLI AÇIQLAMA - ""red-word">Mahmudov və Əsədovun əmri var"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrində olan hökümdən verdikləri şikayət üzrə məhkəmə davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzeyevin sədrliyi ilə keçirilən prosesdə vəkil Ziyad Abbaszadə vəsatətlərlə çıxış edib.

O, prosesin qapalı və videoçəkilişlə aparılmasını istəyib: "Bu iş üzrə bir çox faktlar araşdırılmayıb. Çünki burda dövlət sirini təşkil edən məsələlər var. Proses qapalı olarsa, Elçin Quliyev bu məsələrə toxunacaq".

Elçin Quliyev özü isə bildirib ki, birinci instansiya məhkəməsində hakimə ərizə ilə müraciət edib: "Hakimə ərizəmdə bildirdim ki, burda elə məsələr var, hamının içində danışmaq olmur. Orda da bu səbəbdən bəzi dövlət sirlərinin yayılmasına səbəb oldu. Ona görə də proses qapalı keçirilməlidir".

Vəsatət təmin edilməyib.

Daha sonra vəkil bildirib ki, "Şimal Küləyi" və "Qərb qütbü" əməliyyatlarına ayrılan vəsaitlərlə bağlı Elçin Quliyevə mənimsəmə ittiham verilib: "Pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bu işlə bağlı heç bir araşdırma aparılmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittihamı verilib. Xahiş edirik, bu məsələ ilə bağlı eskpertiza təyin edilsin" .

Elçin Quliyev bu məsələ ilə bağlı çox şeyi danışa bilməyəcəyini qeyd edib: "Burda əsas məsələ agenturaya ayrılan pullardır. Məndən heç kim soruşmayıb ki, hansı agentə nə qədər pul vermişəm. Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına. Bircə indiki DTX rəhbərliyinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri olub. Hər kəs öz agentini tanıyıb".

Elçin Quliyev ona verilən mənimsəmə ittihamının qanunsuz olduğunu deyib: "Mənə 7 milyon 300 min manat mənimsədiyimi bildirilir. Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Hazırda mənim banka belə borcum var".

Vəsatət baxılmamış saxlanılıb.

Prosesdə Elçin Quliyevin vəkili Ziyad Abbaszadə daha bir neçə vəsasətlə çıxış edib. Vəsatətlər təmin edilməyib.

Proses martın 15-də davam edəcək.

Xatırladaq ki, Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.

Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib. Elçin Quliyev və Azər Mehdiyevin şikayəti ötən həftənin cümə günü Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, Bakı Hərbi Məhkəməsinin hökmündən verdiyi şikayətdə ona dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını istəyib.

Qeyd edək ki, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəlməkdə, onlardan külli miqdarda pul almaqda ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

635x100

Şərhlər

Perviz 2018-02-27 01:52:31

vaxt uzandiqca her sey yaddan cixasaq hec narahat olmayin eldarda sizde qurtulacaqsiniz.kimdir sizi tutan)))

Veteran 2018-02-27 01:52:31

1-cisi, deyesen MTN gorduyu "iw"ler barede sene otcot verib, hamidan coxbilmiw kimi sen daniwdin!!! 2-cisi ise onu duz deyirsen ki, MTN "iw" lerle mewgul olub, xidmeti fealiyyetle yox!!! Ele ona gore de axirlarini gorduk. 3-cusu dediyin o "iw"goren mtn coxdan yoxdur! Ve nehayet senin gozune gounen mtn deki "kiwiler" MTN de KIWI kimi 35 il xidmet etmiw Malik Mustafayev kimi Kiwini ozunu oldurmek derecesine catdirdilar!!!!

Abbasqulu beye 2018-02-27 01:52:31

Veteran qardaw duz deyirdeee,burda sirr ne gezir. Gir bu linke goreceksen ki internetde her wey var ))) http://www.lander.odessa.ua/lib24.php

emin 2018-02-27 01:52:31

bele cixir burda werh yazanlarin hamisi cox bilmiwdi?? mtnin hansi iwleri gorduyunu doclete neqeder xeyi verdigini siz hardan bilesizki? size acot verilmeli deyil.o ki qaldi ruwvet alib pul yeyen memurlarin sati hedsizdi gedin onlari muzakireye qoyun eger bacarirsizsa yixilana balta vurmaq kiwilikden deyil

Veterandan 2018-02-27 01:52:31

Abasqulu bey, menim hansi cumlemde sirr acildi ve o neden ibaretdir? )

Abasqulu ağadan veterana 2018-02-27 01:52:31

Menim adım cıxıb e, bu veteranlar bizde sirr qoymadı

Veteran 2018-02-27 01:52:31

1-ci eger bu mebleg agentlere dogrudan da verilibse bu barede senedleri mehv etmeye ne luzum ola bilerdi? 2-ci her bir emekdaw terefinden celb olunmuw agent elbette ki, yalniz onu mexfi emekdawliga celb edeni taniyacaq, eger digerinin elaqesine verilmeyibse. Sohbet burda ondan gedir ki, bele cixir ki, agenturanin wexsi iwi de mehv edilib. Eger bele olmasaydi Elcin Quliyev bu barede yalniz DTX rehberliyine deye bilerem soylemezdi. Eger agenturanin wexsi iwi de mehv edilirse burda qaranliq meqam hedsizdir..

Adam 2018-02-27 01:52:31

Bu lap Rabitecilerin isine(RYTN) benzedi.)))))Mehkemenin qerari ile onlarin milyardlara beraber emlaklarina hebs qoyuldu,musadire edildi,heresine 3,7,8,10,14 il ==ish=verildi. Sonra ne oldu? 2 neferden basqa hamisi azadliqdadirlar.O 2 nefer de tezlikle cixacaq. Siz de sebrli olun,darixmayin

Son yazılar