Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutulub

Ukraynanın Zaparojye vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə sözügedən vilayətin polis idarəsi məlumat yayıb.

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətlərinin törədilməsinə görə axtarışa verilən 54 yaşlı şəxs Melitopol şəhərində ələ keçib. O, Ukrayna ərazisində qanunsuz yaşayıb.

Ona qarşı Ukrayna ərazisində yaşama qaydalarının pozulmasına görə inzibati protokol tərtib olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar