BMT Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir

BMT Təhlükəsizlik Şurasının atəşkəsə dair qəbul etdiyi qətnaməyə baxmayaraq Şərqi Qutada döyüşlər davam edir, Dəməşq isə atəşə tutulur.APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Əldə etdiyimiz məlumata əsasən, son 48 saat ərzində Şərqi Qutada döyüşlər davam edib. Nəticədə qadın və uşaqlar daxil olmaqla azı 30 nəfər həlak olub. Buna cavab olaraq Dəməşqin Şərqi Qutadan atəşə tutulması davam edir. Fevralın 19-dan etibarən Şərqi Qutada 500 nəfər ölüb, 15 min nəfər yaralanıb. Dəməşqin atəşə tutulması isə 14 nəfərin həyatına son qoyub, 214 nəfər yaralanıb”, deyə S.Düjarrik qeyd edib.

Qeyd edək ki, fevralın 25-də BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqi və ölkə ərazisində humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib. Sənəd humanitar yardımları çatdırmaq, yaralı və ağır xəstələrin tibbi təxliyəsini həyata keçirmək üçün münaqişənin bütün tərəflərindən toqquşmaları azı 30 gün müddətinə dərhal dayandırmağı və humanitar fasiləni təmin etməyi tələb edir. Sənədə əsasən, atəşkəs rejimi İŞİD, “Cəbhə ən Nüsrə” və “Əl Qaidə” kimi terror təşkilatlarına və onlarla əlaqəli qruplaşmalara şamil edilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar