PKK/PYD terror təşkilatında daxili münaqişə: 30-dan artıq terrorçu edam edildi

853PKKTürkiyə Silahlı Qüvvələrinin (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatında uğurlar əldə etməsindən sonra PKK/PYD terror təşklatının daxilində çəkişmələr başlayıb. Avropa.info xəbər verir ki, terror təşkilatının içindəki çəkişmələrin nəticəsi olaraq 30 terrorçu edam edilib.

Fevral ayının sonunda Cinderes və Racoda afrinli terror təşkilatı mənsubları ilə Qəndildən gələn terrorçular arasında gizli gərginlik yaşanıb. Terror qrupları arasındakı gərginlik TSQ-ASO-nun uğurlu əməliyyatlardan sonra qarşıdurmaya çevrilib. PKK-nın idarə mərkəzi olan Qəndil yaşanan qarşıdrumaya müdaxilə etmək üçün Raco və Cinderesə qondarma komandirlər göndərib. Terror təşkilatının başçılarından olan Cəmil Bayık, Raco bölgəsi üçün Hüseyn Gabar adlı terrorçunu Afrinə göndərərkən, Cinderes bölgəsi üçün Mani Agidə vəzifə verib. Terror təşkilatının qondarma komandirlərinin göndərilməsindən sonra PKK terror təşkilatı, eyni zamanda, daxili çəkişmələrə səbəb olan 30-dan artıq terrorçunu edam etdirib.

Qeyd edək ki, TSQ bu günə qədər Afrində 130-dan artıq məntəqəni terrorçulardan təmizləyib. Hərbi əməliyyatlar zamanı 2059 terrorçu məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar