Meyvələrin təhlükəli «üzü» - Alimlər danışırlar

Acqarına meyvə şirəsi qəbul etmək bağırsaqların mikroflorasına neqativ təsir göstərir. Priston Universitetinin tərkibinə daxil olan Dyuis Siqler adına inteqrativgenomika İnstitutunun alimləri bu nəticəyə gəliblər. Araşdırmaların nəticələri «Cell Metabolism» jurnalında dərc olunub.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə,  mütəxəssislərin apardığı təcrübə zamanı siçovullara acqarına içmək üçün meyvə şirəsi və nektar veriblər. Məlum olub ki,  bu vəziyyətdə nazik bağırsaq fruktozanı (meyvəşəkəri) parçalaya bilmir -  şirə birbaşa yoğun bağırsağa daxil olur və karbohidratların öhdəsindən gələ bilməyən mikroorqanizmlərə ciddi ziyan vurur.

Bu, paketləşdirilmiş və paketləşdirilməmiş təzə çəkilmiş şirələrə aiddir. Alimlər təsdiqləyirlər ki,  bu zaman meyvə şəkərinin 90,0 faizi məhz nazik bağırsaqda həzm olunmalıdır.

Tədqiqatçılar meyvə şirəsini kiçik həcmlərdə və qida qəbulundan sonra içməyi məsləhət görürlər. Belə yanaşma, həzm sisteminin həddindən artıq yüklənməsinin qarşısını alır və bağırsaq mikroflorasına ziyan vurmur.

Əlbəttə, insanlar nə yeyib, nə içdiyinin və necə yeyib-içdiyinin fərqində olmalıdırlar...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar