YENİ BAŞÇIDAN KADR DƏYİŞİKLİKLƏRİ - Köhnə başçının bacısı oğlu da işdən çıxarıldı

Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib. “Report”un xəbərinə görə, Ə.Əzizov rayon Təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib. 

Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub.

Bundan başqa, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mustafayev Elşən Cəfər oğlu işdən çıxarılıb. E.Mustafayev Yasamal Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İbrahim Mehdiyevin bacısı oğludur.

Ə.Əzizovun müvafiq sərəncamı ilə Rzayev Adil Elçin oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. A.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.

Həmin şöbənin baş məsləhətçisi Novruzova Nərmin Firuk qızı da işdən çıxarılıb.

İcra hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyən Orucov Xəqani Fazil oğlu vəzifədən azad olunaraq İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov

Qinyazlı Sadiq Rafiq oğlu Hüquq şöbəsinin məsləhətçisi vəzifəsindən azad edilib. Həmin vəzifəyə Ağayev Murad Əsgər oğlu təyin olunub.

İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən aparıcı məsləhətçi Əliyev Elnur Rafiq oğlu vəzifəsindən xaric olunub.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən məsləhətçi Abasov Həmidağa Məmmədağa oğlu da tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub.

635x100

Şərhlər

Emin 2018-02-28 17:48:35

Hörmətli Əziz müəllim! Mənim başıma sözün əsl mənasında Yasamal rayon İcra Hakimiyyətinin humanitar-məsələləri şöbəsinin rəisi Cəfərov Zöhrab oyun açıbdır. Belə ki, mən öz uşağımla görüşmək üçün Yasamal rayon məhkəməsinə müraciət etmişəm. Məhkəmə uşaqla görüşün bərpa olunması üçün rəy alınması üçün Qəyyumluq və himayədarlıq şöbəsinə yönləndirilmişdir. Lakin məni oaraya çağırdılar,C.Zöhrab bu işdə özünü əvvəlcədən maraqlı apararaq mənim öz uşağımla görüşməməyim üçün çalışaraq,qanunsuz rəy qəbul etmişlər!

səlim 2018-02-28 17:48:35

Bu müəllimin də öz BACISI oğlu var də.

murad 2018-02-28 17:48:35

Toplananların yerini dəyişməklə cəm dəyişməz.Gərəkdir ki CƏMİN özünə bir əncam çəkəsən....

G.M 2018-02-28 17:48:35

Bazarkomu dəyişməklə bazardakı alverçilərin bir qismini dəyişmək olar..Alıcılar istehlakçılar lazımı qədər ərzaq almaq üçün Bazara üz tutmağa məhkumdular.Bazarkom ``yer haqqını`` yığmaqda davam edəcək..əvvəlki bazarkomdan daha qəddar,daha rəzil formada)))

S.H. 2018-02-28 17:48:35

G.M. Cox hormetli vetendas. Meqaleni oxuyub Serh yazmaqa Bazarkomlar is basinda yazmaq isterken sizin serhinizi oxudum. Siz de Bazarkom yazaraq fikirinizi bildirmisiniz. Tamamile doqrudur. Demeli bu butun cemiyyetin fikiridi. Bu gunki icra bascilari ------ Bazarkomdan basqa bir sey deyiller. Vay bu qurulusun halina. SOS!!!!!!!

Son yazılar