ABŞ-da müəllim ətrafdakılara atəş açıb

ABŞ-ın Corciya ştatında müəllim ətrafdakılara atəş açıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis "Twitter"də məlumat yayıb.

Qeyd edilir ki, hadisə ştatın Delton şəhərində baş verib. Polisin yaydığı məlumata görə, o, məktəbdə barrikada qurub.

Polis valideynləri məktəbə girməməyə çağırıb. Hadisə zamanı şagirdlər xəsarət almayıb və onlar təhlükəsiz şəraitdədir.

Hadisəni törədən müəllim saxlanılıb və məktəbdə dərs müvəqqəti olaraq dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar