«Rakkaya qiymətləndirmə missiyası göndərin» - Rusiyadan BMT-ə çağırış...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, çərşənbə günü Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatı Rakkaya (Suriya) qiymətləndirmə missiyası göndərməyə çağırıb.

«BMT-ni, Rakkaya operativ şəkildə qiymətləndirmə missiyası göndərməyə çağırırıq - hətta israr edirik, de-fakto bu rayona nəzarət edən koalisiyanı isə bunun üçün bütün vacib tədbirləri görməyə çağırırıq» - deyə, Nebenzya BMT Təhlükəsizlik Şurasının (TŞ) Suriyadakı humanitar situasiyaya həsr olunmuş iclasında bildirib.

Bundan əvvəl, Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu BMT bazası əsasında və onun rəhbərliyi altında Suriyanın Rakka bölgəsindəki vəziyyətlə bağlı beynəlxalq humanitar qiymətləndirmə komissiyası yaratmağı təklif edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da analoji çağırışla çıxış edib. O, BMT-ni «koalisiyanın bombaladığı və taleyin ümidinə buraxdığı» Rakkaya təcili missiya göndərməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar