«Rusiya ABŞ üçün ən əhəmiyyətli təhlükədir» - Amerikalı general

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri (SQ) strateji komandanlığının rəisi, general Con Hayten bəyan edib ki, Rusiya ABŞ üçün ən əhəmiyyətli təhlükə, Koreya Xalq Demokratik Respublikası (KXDR) isə ən çox proqnoza gəlməyən təhlükədir.

«Hesab edirəm ki, Rusiya ən əhəmiyyətli təhlükədir, sadəcə ona görə ki, indiki anda bizim ölkəmizin mövcudluğuna yeganə təhlükədir» - deyə, Hayten Virciniyada keçirilən konfransda bildirib. Bu zaman general qeyd edib ki, yaxın perspektivdə Şimali Koreya ABŞ-a ən güclü və proqnoza gəlməməsi ilə fərqlənən təhlükə təşkil edir.

Onun sözlərinə görə, ABŞ rəqiblərinə qarşı müxtəlif yanaşmalar işləyib hazırlayır. General rəqiblər sırasına Çin Xalq Respublikasını (ÇXR) da daxil edib.

«Şimali Koreyaya qarşı biz, müdafiədən istifadə edirik, Rusiya və Çinə qarşı isə kosmik kibermüdafiənin elementlərindən yararlanırıq» - Hayten əlavə edib.

635x100

Şərhlər

SUAL 2018-03-01 00:06:44

RUSİYA GORƏSƏN TƏK UZAQ AMERİKA UCUNMU TƏHLUKƏDİR, YA YAXİN QONŞULARA?

Abit 2018-03-01 00:06:44

Rusiya anlamalıdır ki Qarabağ,Ukrayna ve Gürcüstan problemleri artıq özüne qarşı çevrilir."Gen qaz,derin qaz,çünki özün düşeceksen"

------------------------- 2018-03-01 00:06:44

ABŞ isə bütün dünya üçün təhlükədir.Allah bəlalarını verəcək. Bütün Düsnyanı qarışdıran bu nənfur ABŞ-dır.Hətta İşğalçı Ermənistana maliyə yardımı edir.Baxmıyaraq ki,qardaş Türkiyə ilə NATO üzrə müttəfiqdir,PKK-nı,pyd-ni və digər terrorçuları Türkiyəyə qarşı silahlandırır.Hətta Türkiyədə 2016-cı il iyul hadisələrinin təşkilatçısı da ABŞ-dır. Bu Çon Haydenlərin əlidə imkan olsa bütün dünyanı qan gölünə döndərərlər.Çox təəsüflər olsun ki,bəzi şərh yazanlar ABŞ-ın boş nağıllarına inanırlar.

Son yazılar