Termonüvə mühərrikli sərnişin təyyarəsi? - Nyu-Yorkdan Londona 3 saata...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, təxminən 10-15 ildən sonra termonüvə reaktorlu sərnişin layneri yaradıla bilər. Ekoloji təmiz mühərrikli təyyarə, sərnişinləri Londondan Nyu-Yorka cəmi 3 saata çatdıracaq.

Mütəxəssislərin güman etdiyinə görə, ispan dizayner Oskar Vilanın layihələşdirdiyi sərnişin avialayneri aviasiya kerosini əvəzinə elektrik enerjisindən istifadə edəcək. Enerji isə birbaşa təyyarənin göyərtəsində qurulacaq portativ termonüvə reaktorunda istehsal ediləcək («The Sun»).

«Magnavem» («Böyük quş») adlanacaq dördmühərrikli təyyarə daha çox kosmik gəmiyə oxşayır və yaradıcıların fikrincə, göyərtəsinə azı 500 sərnişin götürəcək. Təyyarənin sürəti saatda 1800 kilometr təşkil edəcək.

Yaradıcılar üçün başlıca problem ondan ibarətdir ki, hələlik ilk «İTER» termonüvə reaktoru öyrənilmək üçün yalnız indi tikilir, onun işə buraxılma vaxtı isə dəqiq məlum deyil. Layihəçilərin proqnozlarına görə, termonüvə mühərrikli avialayner layihəsinin tam reallaşması üçün 10-15 il müddət tələb oluna bilər.

10-15 il elə də uzaq perspektiv deyil. Odur ki, Cahangir müəllim («AZAL» şirkəti) yeni təyyarələr almaq məsələsində gərəkdir ki, tələsməsin - indi alınan «Boeing»lər və digərləri, 15 ildən sonra sadəcə, «mənəvi aşınma»ya məruz qalmış olacaqlar...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar