“Hafka” Fransa prezidentindən kömək istəyib- “Bankı mənim əlimdən almaq istəyirlər”

İş adamı Hafiz Məmmədov haqqında mətbuatda yer alan məlumatların ardı-arası səngimək bilmir. “Bank Of “Azerbaijan” ətrafında baş verən olaylar “Hafa”nın vəziyyətinin elə də yaxşı olmadığını bir daha göstərmiş oldu.

Musavat.com-un məlumatına görə,“Hafka” “bankı mənim əlimdən almaq istəyirlər” deməklə, məsələnin nə dərəcədə ciddi olduğunu özü də təsdiləyib.

“Hafka” verdiyi müsahibəsində demişdi ki, “Bank Of Azerbaijan”da depozitlərin qaytarılmasında heç bir problem yoxdur. “Hafka”nın sölərinin həqiqədən uzaq olduğunun şahdi olmaq üçün elə ona məxsus “ Bağhlan Qrup”un binasında yerləşən bankın baş ofisinə getmək bəs edər. Yüzlərlə insan bankın qapısında hər gün səhərdən axşama qədər gözləyir ki, depozitini alsın. Ancaq hər gün insanları müxtəlif vədlərlə aldadıb, geri qaytarırlar.

İyulun 8-də bankın qarşısında baş verən dava-dalaş, insanların Mərkəzi Banka üz tutması bu problemin partlayacağından xəbər verir.

"Yeni Musavat" qəzeti “Hafka” haqqında daha bir şok informasiya yayıb. Qəzet etibarlı mənbəyə istinadən iddia edib ki, , o, Frnasa prezidenti Ollanddan kömək istəyir. F.Ollandın yaxın çevrəsi isə, baş verənlərə hələki tam soyuqqanlılıqla yanaşır.

Mənbə onu da əlavə etdi ki, “Hafka” bir neçə ay öncə həbs olunmalı idi. Ancaq Fransa prezidentinin Azərbaycana səfəri onu müəmmalı şəkildə həbsdən xilas edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar