«Rusiya istənilən təhlükəyə cavab vermək gücündədir» - Matviyenko

valentina-matviyenko«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiya Şurasının (FŞ) spikeri Valentina Matviyenko Prezident Vladimir Putinin Federal Məclisə çağırışını şərh edərkən deyib ki, Rusiya özünün təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təhdidə cavab vermək gücündədir. Odur ki, silahlanmaya uymaq lazım deyil, əksinə, danışıqdar masası arxasına keçmək və dünyada gərginliyi aradan götürmək lazımdır.

Çağırışın milli təhlükəsizliyin təmin edilməsinə həsr olunmuş hissəsində yeni silah növlərinin yaradılması nümayiş etdirilib.

«Bu, bir siqnal idi - silahlanma ilə məşğul olmaq yetər. Danışıqlar masası arxasına keçmək, danışmaq və dünyada gərginliyi azaltmaq lazımdır. Rusiya, bu gün öz təhlükəsizliyinə qarşı yönəlmiş ixtiyari təhdidə cavab verməyə hazırdır» - deyə, Matviyenko «Rossiya 24» telekanalının efirindən bəyan edib.

Amma burada «blef notları» da açıq-aşkar sezilir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar