«Berlinin məqsədi Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır» - AFR-n iqtisadiyyat naziri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, cümə axşamı «Yeni yüksəliş, yeni şanslar? Qlobal istehsalda Rusiyanın rolu» mövzusunda Konfransı açarkən, Almaniya Federativ Respublikasının (AFR) iqtisadiyyat və energetika naziri Brigitte Tsipris bəyan edib ki, Berlinin məqsədi Rusiya ilə münasibətləri, o cümlədən, iqtisadiyyat sahəsində münasibətləri yaxşıdaşdırmaqdan ibarətdir.

«Bizim məqsədimiz münasibətləri, o cümlədən,iqtisadiyyat sahəsində münasibətləri yaxşılaşdırmaqdan ibarətdir və buna qismən nail olmuşuq» - deyə, Tsipris Almaniya ticarət-sənaye palatasının keçirdiyi konfransda bildirib.

Nazirin sözlərinə görə, «ikitərəfləi əmtəə mübadiləsində Rusiyadakı böhranla bağlı son illərin neqativ trendi» 2016-cı ildə dayandırılıb, 2017-ci ildə isə artıq aşkar yüksəliş müşahidə olunur.

«Amma dayanıqlı inkişaf daha vacibdir, nəinki bircə dəfəlik əhəmiyyətli yüksəliş» - deyə, Tsipris əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar