PUTİNİN GƏLƏCƏYİNİN ÖNCƏGÖRMƏSİ – “O, artıq köhnə atdır, yeni yollarda yürüyə bilməz”

Rusiyada 18 mart tarixində keçiriləcək prezident seçkilərinin nəticəsi öncədən bəllidir: hazırkı prezident Vladimir Putin ikinci yerdə gedən namizəddən 5-6 dəfə çox səs yığaraq qalib gəlir...

Bu günkü Rusiyada seçkilərin təmizliyi, sərbəstliyi və rəqabətlilik səviyyəsi sovet dövründəkindən fərqlənmir. Yeganə fərq - bu tədbirə həqiqət donu geyindirmək üçün seçki bülletenində bir namizəd, bir neçə namizədin adının yazılmasıdır.

Seçkilərlə əlaqədar ortada daha bir məqam var: Putin bundan əvvəl etdiyi kimi, növbəti reankarnasiyanı həyata keçirir. Birinci transformasiya 2003-cü ilin oktyabrında oliqarx Mixail Xodorkovskinin həbsi ilə baş verib. 2004-cü ilin prezident seçkiləri öncəsi yeni obrazlı Putin meydana çıxmışdı. 2008-ci ilin seçkilərindən sonra Putin təzəcə seçilmiş Rusiya prezidenti Dmitri Medvedyev üzərində nəzarət üsullarını axtarmağa baş vurdu.

Nəhayət, 2012-ci ildə yeni və döyüşkən Putin (bir müddətdən sonra Ukrayna ərazisinə soxulacaqdı) Moskvada öz tərəfdarlarının mitinqini təşkil edərək, kütləvi etirazların öhdəsindən gəlib, prezident hakimiyyətinə qayıtdı.

Onun dəyişilə bilmək qabiliyyətinə baxmayaraq, qarşıdakı qələbəsindən sonra öz siyasətində hansısa əhəmiyyətli dəyişikliklər aparacağını gözləməyə dəyməz. Məsələn, liberal və keçmiş maliyyə naziri Aleksey Kudrinin təklif etdiyi kimi, qətiyyətli və hərtərəfli islahatların həyata keçirilməsi ümumiyytlə nəzərdə tutulmur.

Putin artıq köhnə atdır; o yeni yollarda yürüməz. Putin, hakimiyyətinin 18 ili ərzində Rusiyanın inkişafını müəyyənləşdirən beş istiqamət var və onlar onun yeni prezidentlik dövründə nə edə biləcəyini öncəgörməyə kömək edir.

Birincisi: Qərblə yaşanan siyasi və hərbi qarşıdurmaya görə, Rusiya öz qonşularını qorxudan sevilməz ölkəyə çevrilib.

İkincisi: hakimiyyətin tədricən kiçik zümrənin əlində cəmləşməsi. Yaranmış bu elita Rusiyada qərarların qəbul olunmasının son instansiyası kimi bürokratiyanı, parlamenti və məhkəməni əvəz edir.

Üçüncü meyl: siyasi həyatda, xüsusilə gizli polisin əliylə gücdən daha çox istifadə olunmasına arxalanmaqdır. Çox az sübut ilə və ya hətta bunlarsız da, DTK-nın xələfinə çevrilmiş Federal Təhlükəsizlik Xidməti (FTX) federal nazirləri, qubernatorları, müxalifət liderlərini, teatr rejissorlarını, aktivist-ekoloqları və ya hətta “Twitter”, ”Facebook”-da öz sözünü deyən adi rusiyalıları məbhəsə yollaya bilər.

Dördüncü meyl bundan əvvəl qeyd etdiyimiz xüsusiyyətlərlə bağlıdır: Konstitusiya ilə təminat verilmiş azadlığın və seçkidə iştirak hüququnun, həmçinin də, sərbəst toplaşma haqqının məhdudlaşdırılması.

Nəhayət, sonuncu - beşinci meyl: mülkiyyət hüququnun ardıcıl şəkildə zəiflədilməsi rusiyalı biznesmenlərin ölkəyə investisiya qoymaq həvəslərini və maraqlarını məhv edir.

Bütün bu neqativ meyllər saxlanılacaq, hərçənd ki, vəziyyətin pisləşməsi barəsində mübahisə aparmaq olar. Putinin yenidən seçilməsi şübhəsiz ki, Rusiyanı daha altı il iqtisadi staqnasiya və beynəlxalq izolyasiya gözləyəcəyindən xəbər verir.

O, islahatların vacibliyi barəsində mülahizə yürüdə bilər; lakin onun uzun müddətli hakimiyyətinin bizə verdiyi təcrübə deyir ki, Putinin sözünə artıq inanmaq olmaz. Putinin niyyətlərinin və gələcək siyasətinin necə olacağını, onun nə danışmasına yox, onun nə edəcəyinə bağlamaq lazımdır.

Ümumiyyətlə isə, həqiqətə yaxın dörd ssenari var:

Birinci ssenaridə Putin iki prezidentik müddəti ilə əlaqədar konstitusiyada təsbit olunmuş məhdudiyyətin aradan qaldırıması üçün referendum keçirərək, ömürlük prezident olmağa can atır. Və ya Belarus ilə Rusiya İttifaq dövləti yaradırlar və orada Putin prezident, Aleksandr Lukaşenko isə baş nazir seçilir.

İkinci ssenaridə Putinin Rusiyanın Den Syaopininə (Çin Kommunist Partiyası Hərbi Şurasının sabiq sədri – red.) çevrilməsi ehtimal edilir.

Rusiya siyasi modelinin indiki dayanıqsızlığı yaxşı dərk olunduğu üçün Putin bütün ölkə nümayəndələrinin iştirakı ilə yeni sistemin konturlarının işlənib hazırlanması məqsədiylə “dəyirmi masa” çağırır. Nümayəndələr Putin prezidentliyinin son iki ilinə uyğun olaraq keçid dövrünün qaydalarını müəyyənləşdirirlər. Bundan sonra Rusiya yeni siyasi dövrə qədəm qoyur. Və ya Putin Boris Yeltsindən nümunə götürərək, mən yorulmuşam deyərək, xələfinin adını açıqlayır.

Üçüncü ssenaridə həmin xələf Medvedyev kimi liberal, dördüncü ssenaridə isə, hal-hazırda hərbi-sənaye kompleksinə cavabdeh olan Dmitri Roqozin kimi mühafizəkar Putinin xələfi ola bilər.

Bu iki son ssenaridə xələfin liberal və ya mühafizəkar olması reallığı vacib deyil. Ən vacibi həmin şəxsin verilmiş hakimiyyəti əldə saxlamaq qabiliyyətinin olmasıdır. Nə Medvedyev, nə də Roqozin indiki sistemi dəyişilməz şəkildə saxlaya bilməzlər. Amma onların aparmağa cəhd göstərmək istədikləri istənilən islahat nüfuzlu qrupların maraqlarını mütləq təhlükə altına qoyacaq. Bu isə yaranmış mövcud qüvvələr balansının pozulması deməkdir. Bundan başqa, Medvedyev və ya Roqozinin FTX ilə münasibətlərinin necə olacağı bilinmir. Həm də ki, Putindən sonra Rusiyanın siyasi həyatına gizli polisin müdaxiləsinin təmin olunması istiqamətində onların gərəkli addımlar ata biləcəyi də aydın deyil.

Yuxarıda sadalanan bu dörd ssenarinin hansının daha çox mümkünlüyü barəsində proqnoz verməyə ehtiyac yoxdur. İstənilən halda onların hamısı bir sual üzərində dayanırlar: 2024-cü ildə Rusiyanın lideri yenə də Putin (özünün yeni Putin-5 versiyası ilə), ya kimsə başqa birisi olacaq?

Nəyin baş verməsindən asılı olmayaraq, biz əmin ola bilərik ki, Putin hər gün daha çox “bəs, bundan sonra nə etməli?” sualına cavab axtarmaqla məşğul olacaq.

(“Project Syindicate”-ABŞ)

635x100

Şərhlər

sual 2018-03-02 10:24:38

Ali diplomatik rütbələr nə üçün ancaq Xarici işlər nazirliyi əməkdaşlarına verilir???....)))))

Vova 2018-03-02 10:24:38

Putin dünyanı qorxutmaq istedi amma alınmadı dünyada putine yel eser qayadan ne aparar hecne dedi

Son yazılar