PREZİDENT və GENERALLAR YANGIN BAŞ VERƏN ƏRAZİYƏ GƏLİB - Videolar + FOTOLAR

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini Rüstəm Usubov da hadisə yerindədirlər və yanğın olan əraziyə baxış keçirirlər.

Hazırda polis əməkdaşları müəssisədə post qurub.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.

635x100

Şərhlər

rasim 2018-03-02 12:32:53

Bu hadisənin təkrarlana biləcəyi ikinci xəstəxana, Buzovna qəsəbəsində yerləşən 14 saylı xəstəxanadır. Saat altıdan sonra, bu xəstəxana ilə yanaşı yerləşən yataqxananın, qadın döyən, yeniyetmə bıçaqlayan kriminal ünsürləri, xəstəxananın gözətçi budkasına, həyətinə doluşurlar, maşınlarını xəstəxananın darvazası qarşısında saxlayıb, xəstə yanına gələnlərə maşın saxlamağa imkan vermirlər, onları söyürlər, maşınlarının yağlarını küçə boyu axıdırlar, közətçi budkasında və ərazidə yanğın təhlükəsi yaradırlar.

Redaktor 2018-03-02 12:32:53

Tutaq ki yanğin qəzadir və qəzadan da qacmaq olmur. Olənlərə rəhmət. Bəs bu dəhşətli yanğin faciə nəicəsində 30 nəfər insanin olməsindən əvvəl onlarin mualicə aldiqlari xəsdəxana, onun həyətyani sahəsi, yol, kucə bina niyə bərbad vəziyyətdədir? Bu acinacqli vəziyyət nədən Xətai rayon İHB Razim Məmmədovu narahat etmir? Başcinin rayonda baş alib gedən qanunsuz tikintilərdən gələn gəliri hər ayda 500 min manata bərabər olduğu halda belə bir vəziyyətə dozmək olmaz!

G.M 2018-03-02 12:32:53

Çox güman ki,Prezidentə səthi məlumat veriləcək.Və yanğının səbəbkarları haqqında söhbət açılmayacaq.Qısaqapanma nədən baş verib.Təxminən hava nisbətən soyuduğundan ,elektrik işlədicilərinin fəailiyyəti,``sistemi yükləyib`` və normativlərə uyöun gəlməyən kabellər istiliyin şiddətindən bina boyu eyni vaxta alışıb.Təhlükəsizlik qaydalarına cavabdeh olan texniki işçilər və Baş həkim başlarıyla cavabdehdilər.

Son yazılar